Rusiya tərəfi ABŞ prezidenti Donald Trampın cavab səfərini gözləyir.
AFN.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a müsahibəsində bildirib. "Ölkəmizin prezidenti bunu Alyaskada keçirilən sammitdə iştirakından sonra deyib. O, müvafiq açıqlamalar verib. Mən də ondan sitat gətirə bilərəm. O, ABŞ prezidentini açıq şəkildə Rusiyaya dəvət edib", - deyə diplomat Şərq İqtisadi Forumunun (EEF) kuluarlarında bildirib.
Trampın səfərinin mümkün vaxtı ilə bağlı suala cavab olaraq Zaxarova deyib ki, bu, prezident administrasiyasının səlahiyyətindədir: “Bütün digər təfərrüatlara gəlincə, bu, ölkələrin prezident administrasiyalarının işidir”.
Tramp avqust ayında Ankoricdəki görüşündən sonra Putinlə keçirdiyi ortaq mətbuat konfransında Moskvaya gəlmək dəvətinə cavab olaraq bunu mümkün hesab etdiyini bildirib.