AZ

Onlara yeni vəzifələr verildi

Daha üç  kollecə direktor müavinləri təyinatı aparılıb.

Mia.az xəbər verir ki, bununla bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, agentliyin müvafiq əmrləri ilə Nərmin Hətəmova Şuşa Humanitar Kollecinə tərbiyə işləri üzrə direktor müavini, Emil Vahabov Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinə tədris işləri üzrə direktor müavini, Aytən Ağayeva isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.

Seçilən
83
22
mia.az

10Mənbələr