AZ

Novak Cokoviç və Karlos Alkaras yenidən üz-üzə gələcəklər

Nyu-Yorkda "Böyük Dəbilqə" (BD) seriyasının ilin son turniri başa çatmaq üzrədir. Kişilərin yarışında ¼ finalın iki oyunu baş tutub.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, əvvəlcə korta Karlos Alkarasla Jiri Leheçka çıxıblar. Oyunun əvvəlindən ispan tennisçi üstünlüyü ələ alıb. İlk qeymdə edilən breyk birinci seti qələbə ilə başa vurmağa imkan verib - 6:4.

İkinci set də breyklə başlayıb. Alkaras bu dəfə daha inamlı (6:2) qələbə qazanıb. 3-cü setdə də üstünlüyü əldən verməyən Karlitos çex tennisçiyə qalib gələrək yarımfinala yüksəlib - 6:4.

Digər 1/4 final oyununda yerli publikanın sevimlisi Teylor Frits əfsanəvi Novak Cokoviçlə qarşılaşıb. İlk iki set serb tennisçinin xeyrinə başa çatıb - 6:3, 7:5. 3-cü setdə Frits dönüş etməyə cəhd göstərərək fərqi azaldıb.

Lakin 4-cü setdə Novak yenidən qalib gələrək yarımfinala adlayıb. Bununla da o, karyerasında 53-cü dəfə BD seriyalı turnirin yarımfinalında oynayacaq. Onun rəqibi ispan tennisçi Karlos Alkaras olacaq. Xatırladaq ki, son 2 oyunda Cokoviç Alkarası məğlub edib.

Qeyd edək ki, turnirin digər iki yarımfinalçısı bu gecə baş tutacaq qarşılaşmalarda müəyyən olunacaq.

"Cebheinfo.az" 

Seçilən
28
2
cebheinfo.az

10Mənbələr