AZ

İslandiya - Azərbaycan matçının hakimləri bəlli olub

İslandiya və Azərbaycan milliləri arasında keçiriləcək 2026-cı il dünya çempionatının seçmə qrup matçının təyinatları bəlli olub.

Apasport.az xəbər verir ki, sentyabrın 5-də keçiriləcək oyun Niderlanddan olan hakimlər briqadasına həvalə edilib.

Görüşü Sander van der Eyk idarə edəcək. Ona yan xətt hakimləri Rens Blümink və Stefan de Qroot kömək edəcək.

DÇ-2026

Seçmə mərhələsi

5 sentyabr

22:45. İslandiya - Azərbaycan

Baş hakim: Sander van der Eyk

Yan xətt hakimləri: Rens Blümink, Stefan de Qroot

Dördüncü hakim: Mark Naqteqaal

VAR: Jerön Mansxot

VAR köməkçisi: Klay Ruperti (hamısı Niderland)

Hakim-inspektor: Tomas Eynvaller (Avstriya)

UEFA nümayəndəsi: Marvin Robinson (İngiltərə)

Qeyd edək ki, Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda keçiriləcək oyun saat 22:45-də start götürəcək.

“Səbail”də braziliyalı müdafiəçi

“Neftçi” - “Turan Tovuz” oyununda yanlış hakim qərarları - VİDEO

"Qarabağ" üçün Juninyo məsələsi bağlandı: AĞDAM TƏMSİLÇİSİNİN GÖZÜ PORTUQALİYADA

“Xankəndi” baş məşqçisi ilə yeni müqavilə imzalayıb

“Sabah” beynəlxalq turnirdə ikinci olub

Seçilən
68
7
apasport.az

8Mənbələr