AZ

Naxçıvan şəhərinin bir sıra məhəllələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Naxçıvan, 3 sentyabr, AZƏRTAC

Naxçıvan şəhərində “Azərişıq” ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiq olunmuş tədbirlər planına əsasən, bu gün saat 13:00-dan 14:00-dək 35 kilovoltluq "Xətai" elektrik verilişi xəttində təmir-bərpa işləri aparılacaq.

“Azərişıq” ASC-nin Naxçıvan RETSİ-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bununla əlaqədar şəhərin Xətai, 48, 20, 21, 35, 52-ci məhəllələrində elektrik enerjisinin verilişində qısa fasilələr yaranacaq.

Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri nəzərdə tutulub.

 

Seçilən
90
1
azertag.az

10Mənbələr