Gədəbəy rayonunda 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə rayonun Miskinli kəndində baş verib.
Rayonun Novosaratovka kənd sakini, 1970-ci il təvəllüdlü Yaqub Yolçuyev kənd ərazisindəki qayalıq əraziyə kəklikotu yığmağa getsə də, geri qayıtmayıb. Yaxınları onun axtarışlarına başlayıblar. Axtarış zamanı onun meyiti Miskinli kəndindəki dərədən aşkar edilib. Məlum olub ki, Y.Yolçuyev kəklikotu yığarkən qayadan yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.