AZ

"Dünya sülh və ya müharibə seçimi qarşısındadır" - Çin lideri


Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində keçirilən yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda çıxışı zamanı bəyan edib ki, "indi dünya sülh və ya müharibə seçimi qarşısındadır."
Bu barədə "Xinhua" agentliyi məlumat yayıb. Si Cinpin Çin xalqının hər zaman sülhə sadiq olduğunu bildirib. ÇXR Sədri xalqları tarixi faciələrin təkrarlanmasının qarşısını almağa çağırıb. "İnsanlıq üçün sülh və inkişaf kimi ali məqsəd mütləq qalib gələcək", - o bildirib.

Mətləb Salahov

Seçilən
79
7
baki-xeber.com

10Mənbələr