AZ

Piyadanı vurub öldürdü, hadisə yerindən qaçdı

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Xaçmaz rayonunda 52 yaşlı kişini avtomobil vuraraq öldürüb.

Axar.az xəbər verir ki, hadisə Xaçmaz-Qımıl avtomobil yolunda baş verib.

Rayonun Köhnə-Xaçmaz kənd sakini, 1973-cü il təvəllüdlü Zahir Mövsüm oğlu Qəribovu avtomobil vurub.

Sürücü yaralını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
70
4
axar.az

5Mənbələr