AZ

Bu rayonda qaz olmayacaq

Bu gün Xaçmaz rayonunun bir sıra yaşayış məntəqələrində qaz olmayacaq."Azəriqaz"dan Metbuat.az-a bildirilib ki, Xaçmaz xidmət sahəsinin Xudat Qazpaylayıcı stansiyasından qidalanan Xudat şəhəri istiqamətində istismarda olan PE 315 mm-lik yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması ilə əlaqədar 03.09.2025-ci il tarixdə saat 09:30-dan etibarən işlər yekunlaşanadək qaz təchizatının daxildən dayandırılması planlaşdırılıb.

Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə 1 şəhər, 1 qəsəbə və 26 kənd olmaqla ümumilikdə 10 190 abonentin qaz təchizatında fasilə yaranacaq.

Seçilən
66
15
metbuat.az

10Mənbələr