AZ

Azərbaycanda daha bir məşhur tiktoker həbs edildi FOTO

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhir tiktoker Xosrov həbs edilib.

Bakupost.az xəbər verir ki, sosial şəbəkələrdə sürücüləri yol hərəkəti qaydalarını pozmağa və avtoxuliqanlığa təhrik edən, həmçinin özü də bu davranışları həyata keçirən Xosrov Bebek oğlu Moslemi Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Dövlət Yol Polisi (DYP) Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, avtoxuliqan davranışları və yol hərəkəti qaydalarını pozması nəticəsində, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında inzibati protokol tərtib edilib və məsələyə baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə Xosrov Bebek oğlu Moslemi inzibati qaydada həbs edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
2
www.bakupost.az

10Mənbələr