Ajans.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində; 2. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində; 3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 5. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində; 6. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində; 7. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 8. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 9. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən akad. Həsən Əliyev küçəsi istiqamətində; 10. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 11. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində; 12. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində sıxlıq müşahidə olunur.