ABŞ Hərbi Dəniz Qüvvələri narkotik daşıyan Venesuela gəmisini məhv edib.
Publika.az xəbər verir ki, bnunu ABŞ Prezidenti Donald Tramp "C-SPAN" kanalı ilə yayımlanan brifinqdə deyib.
“Son bir neçə dəqiqədə biz (ABŞ Hərbi Dəniz Qüvvələri) külli miqdarda narkotik daşıyan gəmini məhv etdik” - o, Oval kabinetdə çıxışı zamanı deyib.
ABŞ Prezidentinin sözlərinə görə, donanma yalnız bir gəmiyə hücum edib, lakin “başqaları da var”.
Avqustun 28-də Financial Times (FT) ABŞ Hərbi Dəniz Qüvvələrinin Venesuela sahillərinə səkkiz döyüş gəmisi göndərdiyini yazıb. Nəşrin məlumatına görə, gəmilərin göyərtəsində bir neçə min amerikalı hərbçi var. Nəşrin müəllifləri regionda dəniz potensialının bu cür artırılmasını qeyri-adi adlandırıblar.