AZ

Zaxarova: Moskva Kiyevdən cavab gözləyir

BAKI, 3 sentyabr. TELEQRAF

Rusiya Ukrayna ilə danışıqlar prosesini davam etdirməyə hazırdırvə işçi qruplarının yaradılması təklifinə cavab gözləyir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "RİA Novosti"yə müsahibəsində bildirib .

"Rusiyanın siyasi, hərbi və humanitar məsələlər üzrə üç işçi qrupunun yaradılması təklifinə Ukrayna tərəfinin cavabını gözləyirik. Biz Ukrayna ilə danışıqlar prosesini davam etdirməyə hazırıq", - Zaxarova bildirib.

Avqustun 20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Ukrayna Rusiyanın İstanbulda keçirilən danışıqların son raundunda üç işçi qrupunda onlayn iş təşkil etmək təklifinə hələ də cavab verməyib.

Lavrov onu da bildirib ki, Ukraynada davamlı sülhə nail olmaq üçün beynəlxalq səviyyədə yeni ərazi reallıqlarını tanımaq və rəsmiləşdirmək lazımdır.

Seçilən
78
50
teleqraf.com

10Mənbələr