"Report"un məlumatına görə, bu barədə İsveçrə Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsində paylaşdığı bəyanatda qeyd olunub.
"Bu gün İsveçrə BQXK-nın Cenevrədə yerləşən Mərkəzi İzləmə Agentliyini dəstəkləmək üçün 2025-2026-cı illər üzrə 2,4 milyon frank ayıracağını öhdəsinə götürüb", - deyə məlumatda bildirilib.
Nazirlik əlavə edib ki, İsveçrə Cenevrə Konvensiyalarının iştirakçısı kimi itkin düşmüş şəxslərin axtarışına böyük önəm verir.
Daha əvvəl BQXK bildirmişdi ki, Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar təşkilata daxil olan itkin şəxslərlə bağlı sorğuların sayı avqust ayında 154 mini keçib. Təşkilatın məlumatına görə, müharibə başlayandan bəri təxminən 15 min ailəyə cəbhənin hər iki tərəfində yaxınlarının taleyi və harada olması barədə məlumat verilib.