AZ

Pakistanda hərbi bazaya hücum edildi - ölənlər var

Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətinin Bannu rayonunda hərbi bazaya bomba yüklü avtomobillə hücum təşkil edilib. SİA xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb. Məlumata görə, hücumdan sonra bölgədə ardıcıl güclü partlayış və silah səsləri eşidilib. Pakistan ordusundan verilən açıqlamaya görə,partlayışdan sonra avtomobilin hissələri Kohat yoluna səpələnib. Qarşıdurma nəticəsində 6 əsgər həyatını itirib, 5 kamikadze isə zərərsizləşdirilib. Hadisə zamanı 3 mülki şəxs də yaralanıb.

Seçilən
27
3
sia.az

7Mənbələr