AZ

“Google”a qarşı iddialar qismən təmin olundu

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

“Google”a qarşı açılan antiinhisar iddiası çərçivəsində şirkətə “Chrome” brauzerini satmaq qadağan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda ABŞ federal məhkəməsi qərar çıxarıb.

Qərarda bildirilir ki, şirkət “Chrome”dan imtina etməyə məcbur edilməyəcək və “Android” əməliyyat sistemi şərti olaraq geri alınmayacaq.

Qərarda qeyd olunub ki, “Google”a qarşı açılan iddialar qismən təmin edilib.

Buna görə də şirkətdən bəzi proqramların cihazlarda əvvəlcədən quraşdırılması və ya yerləşdirilməsi üçün tərəfdaşlarına ödəniş etməyi dayandırmağı tələb olunur.

Bəyanatda “Google”un qeyri-leqal yollarla sənayedəki üstünlüyünü möhkəmləndirdiyi və şirkətin rəqabətə zidd davranış sərgilədiyi bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
2
qafqazinfo.az

3Mənbələr