AZ

Fransa məhkəməsi Bəşər Əsədin həbsinə order verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransa məhkəməsi Suriyanın keçmiş prezidenti Bəşər Əsəd və altı sabiq məmurun həbsinə order verib. Onlar 2012-ci ildə Homs əyalətinin atəşə tutulması ilə bağlı ittiham olunurlar.
Oxu.Az bu barədə kp.ru-ya istinadla xəbər verir.
Qeyd olunub ki, atəş nəticəsində amerikalı jurnalist Mari Kolvin və fransız fotoqraf Remi Oşlik həlak olublar.
Daha əvvəl Dəməşqdəki keçmiş Suriya hökuməti ölən jurnalistin cəsədinin yarılmasına qərar vermişdi və nəticədə Kolvinin "mismarlarla dolu kustar partlayıcı qurğu" ilə öldürüldüyünü göstərmişdi.
Suriya hökuməti isə partlayıcı qurğunun 2012-ci il fevralın 22-də terrorçular tərəfindən qoyulduğunu iddia etmişdi.
Xatırladaq ki, ötən il dekabrın 8-nə keçən gecə paytaxt Dəməşqi ələ keçirən müxalifət B.Əsədin hakimiyyəti dövrünün başa çatdığını elan edib. B.Əsəd Dəməşqi tərk edib və Moskvaya qaçıb.
Seçilən
10
12
oxu.az

10Mənbələr