AZ

Tramp Rusiya-Ukrayna məsələsində yeni proseslərin tezliklə baş verə biləcəyini deyib

Vaşinqton, 3 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna məsələsində yeni proseslərin tezliklə baş verə biləcəyini açıqlayıb.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, jurnalistlərin sualına cavabında bildirib. "Mən çox maraqlı şeylər öyrəndim, düşünürəm ki, yaxın bir neçə gündə siz də öyrənəcəksiniz", - deyə Tramp bildirib.

Ağ Evdəki çıxışı zamanı Tramp əlavə edib ki, o, Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında mümkün görüşə dair gedişatı çox yaxından izləyir.

 
Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
16
5
azertag.az

6Mənbələr