AZ

Bakıda qadın ərinə 9 bıçaq zərbəsi vurdu – Məhkəmə hökm çıxardı

Bakının Nizami rayonunda kirayə yaşadıqları mənzildə Aynur Həsənova (soyadı şərtidir) ərini qısqanclıq və ailə mübahisəsi zəminində bıçaqla vurub.

KONKRET.az Baku.ws-ə istinadla xəbər verir ki, hadisə zamanı kişi sərxoş və yatmış vəziyyətdə olduğundan köməksiz olub.

Aynur ona döş qəfəsi, qarın, boyun və ayaq nahiyələrindən cəmi 9 bıçaq zərbəsi vurub.

Zərərçəkmiş aldığı ağır xəsarətlərə baxmayaraq, özü təcili tibbi yardım çağıraraq xəstəxanaya çatdırılıb və həyatı xilas edilib.

Məhkəmədə Aynur özünü təqsirli bilməyərək, ərini öldürmək niyyətinin olmadığını iddia etsə də, ilkin ifadəsində və mobil telefon mesajlarında qəsdən öldürmə niyyətini etiraf edib. Şahidlər, o cümlədən Aynurun anası və qardaşı, ailədə tez-tez mübahisələrin olduğunu, onun həyat yoldaşı Sakitin içki aludəçisi olduğunu və Aynurun dəfələrlə boşanmaq istədiyini təsdiqləyiblər.

Hadisə yerinə baxış, məhkəmə-tibbi ekspertiza və mobil telefon yazışmaları kimi sübutlar Aynurun qəsdən öldürməyə cəhd etdiyini sübuta yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsi Aynur Həsənovanın iki azyaşlı övladının olmasını və zərərçəkmişlə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib. O, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Seçilən
48
4
konkret.az

5Mənbələr