Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində partlayış baş verib.
Axar.az yerli mediaya istinadən xəbər verir ki, partlayış mitinq keçirilən ərazinin yaxınlığında olub.
Hadisə nəticəsində 4 nəfər ölüb, 17-i yaralanıb.
Partlayışla bağlı hər hansı rəsmi açıqlama verilməyib.