AZ

Fransada məhkəmə Bəşər Əsədin həbsinə ORDER VERİB

Ajans.az xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb. "13 illik istintaqdan sonra Paris məhkəməsinin insanlığa qarşı cinayətlər departamentinin təhqiqatçı hakimləri Suriyanın yeddi yüksək vəzifəli məmurunu müharibə cinayətlərində və insanlığa qarşı cinayətlərdə iştirakda ittiham edərək həbslərinə order veriblər", - məlumatda deyilir. Qeyd edək ki, təhqiqat 2012-ci ildə Suriyada bir sıra qərbli jurnalistin ölməsi və yaralanması ilə bağlı aparılıb.

Həmin şəxslərin Homs şəhərindəki mətbuat mərkəzinə endirilən zərbələr zamanı öldürüldüyü iddia olunur və buna görə o dövrün Suriya hakimiyyəti məsuliyyət daşıyır.

Seçilən
51
4
Ajans.az

5Mənbələr