Sentyabrın 1-nə keçən gecə ölkədə baş vermiş zəlzələ nəticəsində Əfqanıstan sakini 11 ailə üzvünü itirib.
Bu barədə “The Independent” məlumat yayıb.
Məlumata görə, təbii fəlakət zamanı kişinin övladından yeddisi - iki oğlan və beş qız ölüb. Bundan əlavə, o, bir əmisi və üç əmisi oğlunu itirib.
Qeyd edək ki, sentyabrın 1-nə keçən gecə Əfqanıstanda 6,2 bal gücündə zəlzələ baş verib. Təbii fəlakətin episentri Cəlalabad şəhərindən təxminən 27,3 km aralıda, Pakistanla sərhəddə yerləşib.