AZ

Maskalı şəxslər evə basqın ediblərVİDEO

Şəkinin Kiçik Dəhnə kəndində gecə saatlarında maskalı şəxslər əllərində bıçaq evə basqın ediblər.

Xezerxeber.az-ın məlumatına görə, onlar ev sahibinin əl-qolunu bağlayaraq kəsici alətlə ona hədə-qorxu gəlib, pulunu ələ keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində əməli  törətməkdə şübhəli bilinən 40 yaşlı Anar Sadıqov və tanışı 47 yaşlı Tural Əsədov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
5
25
xezerxeber.az

10Mənbələr