“İndi hamımız təhlükəsizlikdəyik, Rusiyadan uzaq olduğumuzu düşünürük, amma xüsusilə Rusiyanın ən yeni raket texnologiyaları kontekstində təhlükəyə çox yaxınıq. Hazırda Litva ilə Lüksemburq, Haaqa və ya Madrid arasındakı fərq cəmi 5–10 dəqiqədir. Bu, Rusiyanın raketlərinin həmin Avropa bölgələrinə çatması üçün lazım olan zamandır”, - Rutte qeyd edib.
Ajans.az xəbər verir ki, Baş katib Mark Rutte bu gün Lüksemburqda keçirilən mətbuat konfransında deyib ki, hətta Rusiya ilə birbaşa həmsərhəd olmayan ölkələr də Rusiyanın ən yeni raket texnologiyaları səbəbindən təhlükə altındadır.