AZ

22 baş iribuynuzlu mal-qara infarktdanmı ölüb? - Qida Təhlükəsizliyi Agentliyini saxtakarlığa nə vadar edir?

Bərdə rayon sakini, fermer Qədimli Tural Pərviz oğlunun 1 saat içərisində 22 baş mal qarası Kəlbəcərdə tələf olub...

Bu barədə fermer Gununsesi.info-ya yolladığı müraciətdə yazıb.

Fermer bildirir ki, Bərdə şəhərində yerləşən “ŞƏHLA BAYTARLIQ” Aptekindən təsərüffatı üçün dərman preparatları alaraq Kəlbəcərdə Qara Arxac yaylağına aparıb.

Təsərüffat yerlərini dəyişdiyi üçün, isti qızmar arandansərin yerə keçid etdikdə qızdırma əlehinə müvafiq tədbirlər görülməlidir.

Ona görə “ŞƏHLA BAYTARLIQ” Aptekindən aldığı dərmanlar heyvanlara vurulduqdan sonra 1 saat ərzində 22 başı tələf oldu.

Bununla bağlı Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Kəlbəcərə yaylağa gəlib heyvandan nümunələr götürüblər. Fermerə verilən cavabda bildirirlib ki,

– “ŞƏHLA BAYTARLIQ” Aptekində aparılmış yoxlama zamanı baytarlıq preparatlarının saxlanma temperaturuna riayyət edilmədiyi, yararlılıq müddəti ötmüş dərmanların satışı müəyyən edilmişdir;

– “ŞƏHLA BAYTARLIQ” Apteki lisenziyasız fəaliyyət göstərir;

– Heyvanlardan götürülmüş nümunələrdə heyvanlarda hər hansı xəstəlik aşkar edilməmişdir və götürülmüş nümunələrdə hər hansı toksik maddələr aşkar edilməmişdir;

Fermer sual edir ki, 1 saat ərzində 22 baş malı bəs nədən tələf olub?

“Bircə versiya qalır ki, çallar infarktdan ölüb” deyə fermer ironiya edir.

Fermer, həmçinin yazır ki, baytarlıq aptektində bu qədər pozuntular var, vaxtı keçmiş dərmanlar satılır, amma aptekin fəaliyyəti hələ də məhdudlaşdırılmamışdır.

Tural Qədimli Baş Prokurorluğa, Dövlət Gömrük Komitəsinə, Dövlət Sərhəd Xidmətinə müraciət edərək xahiş edir ki, korrupsiyaya şərait yaradan halların, lisenziyasız fəaliyyət göstərdiyi üçün qaçaq yollarla ölkəyə gətirilmiş malların mənşəyi araşdırılsın.

Fermerin hüquqlarını müdafiə edən vəkil Əziz Qənbərli Qida Təhlükəsizliyi Agentliyinin Daxili Təhlükəsizlik şöbəsinin əməkdaşı kimi özünü təqdim edən Toğrul adlı şəxslə danışıb.

Lakin vəkilin verdiyi əsaslı suallara cavab tapa bilməyən əməkdaş ona qarşı qeyri etik davranış nümayiş etdirərək “BƏYAQDAN DİL DİL ÖTÜRSƏN” deyə onu təhqir edib.

Ona görə də vəkil Agentliyin sədri Qoşqar Təhməzlidən onu şəxsən qəbul etməsini xahiş edir.

Poliqon.info

 

Seçilən
9
3
poliqon.info

4Mənbələr