Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 5,5 bal gücündə zəlzələ baş verib.
Hakimiyyet.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar 200 min nəfər əhalisi olan Cəlalabad şəhərindən 57 km şimal-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 35 km dərinlikdə yerləşib.
Xatırladaq ki, sentyabrın 1-də Əfqanıstanda 6,0 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində azı 1124 nəfər həyatını itirib.
Həmidə İbrahimova