AZ

Bakıda 15 mindən çox uşaq bağçaya qeydiyyatdan keçib

İyulun 25-dən sentyabrın 1-dək 15 186 uşaq üçün bq.edu.az portalı vasitəsilə bağça qeydiyyatı aparılıb.

News24.az APA-ya istinadən xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 332 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda bu müəssisələrdə 35 003 uşaq tərbiyə alır.

Qeyd olunub ki, sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədilə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılıb.

Komplektləşdirilmə prosesi yekunlaşdıqdan sonra uşaqların bağçalara qəbulu boş yerlər üzrə davam etdiriləcək.

Xatırladaq ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi bq.edu.az portalı vasitəsilə elektron formada həyata keçirilir.



Seçilən
77
12
news24.az

10Mənbələr