AZ

Paşinyan “Böyük Turan”nı təsdiqlədi, dəhlizin adını dəyişdi

Ermənistanın Baş naziri Nikol Paşinyan "İctimai Radio"yaa müsahibə verib. 

Olaylar.az xəbər verir ki, Paşinyanın müsahibə zamanı Zəngəzur dəhlizi ilə bağlı suala cavabı maraqla qarşılanıb.

Jurnalist: Ermənistan hökumətinin Azərbaycana birtərəfli üstünlüklər gətirən "Böyük Turan" layihəsinin həyata keçirilməsində "Zəngəzurdan" ekstraterritorial dəhliz verməsi doğrudurmu?

Paşinyanın cavabı: "Bəli. Lakin "Böyük Turan yolu" yox, "Sülh yollarının kəsişməsi", "Zəngəzur" yox, "Tramp", "dəhliz" yox, yol. "Tramp yolu" ölkəmizin yurisdiksiyası daxilində, suverenliyi və ərazi bütövlüyü qorunmaqla fəaliyyət göstərəcək. Bu yol hər iki ölkəyə qarşılıqlı üstünlüklər gətirəcək".

Qeyd edək ki, Zəngəzur dəhlizinə nəzarətin "Tramp marşrutu" adı ilə 99 il müddətinə ABŞ-a icarəyə verildiyi açıqlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
6
olaylar.az

7Mənbələr