
Avropa İttifaqının (Aİ) yeni səfiri Azərbaycana gəlib.
Reyting.az APA-ya istinadla xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən bildiriblər.
Səfir Marijana Kujundziç bu gün Bakıya gəlib.
Qeyd edək ki, diplomat Xorvatiyanın Siyasi və Təhlükəsizlik Komitəsində (PSC) nümayəndəsi kimi fəaliyyət göstərib. O, əvvəllər digər vəzifələrlə yanaşı, Xorvatiyanın Aİ yanında Daimi Nümayəndəliyində Xarici Əlaqələr Müşavirlərinin İşçi Qrupu (RELEX) müşaviri vəzifəsini də icra edib.