AZ

Avqustda temperatur iqlim normasından yuxarı olub


“2025-ci ilin avqust ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 28 gün normadan yuxarı (0.2-6.7 dərəcə), 3 gün isə normadan aşağı (0.5-0.9 dərəcə) olub. Avqust ayının orta aylıq temperaturu 28.4 dərəcə isti olub ki, bu da iqlim normasından 2.7 dərəcə yüksəkdir”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Onun sözlərinə görə, ötən ayda havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 40 dərəcə, bölgələrdə isə 41 dərəcəyə qədər yüksəlib:
“Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında avqustun 23-də 19.9 dərəcə isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə avqustun 15-də 4.5 dərəcə isti (Şahdağ) qeydə alınıb”.
“Avqust ayının bəzi günlərində dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Ümumi olaraq bölgələr üzrə 16 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı aylıq normanın 303 faizi olmaqla (Zaqatala 224 mm) Balakən-Şəki zonasına və aylıq normanın 210 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı 12.8 mm) düşüb. Avqustun 7-də Şahdağa, avqustun 13-də isə Kəlbəcər rayonunun Boyaxlı, İstisu, Çıraxlı kəndlərinə dolu düşüb”, - N.Mahmudov əlavə edib.
Seçilən
33
24
yeniavaz.com

10Mənbələr