Abşeron rayonunun Saray qəsəbəsində 51 yaşlı qadın qətlə yetirilib, qaynı şübhəli bilinir.
Far.Az "Report"a istinadən xəbər verir ki, Saray qəsəbəsində 1974-cü il təvəllüdlü Əminə Payızova öldürülüb.
Onu qaynının öldürdüyü iddia edilib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırmaya başlayıblar.