AZ

Hacıqabulda bank kartlarından oğurluq edən kiberdələduz saxlanılıb VİDEO

Hacıqabul, 2 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Hacıqabulda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkələrdə kiberdələduzluq edən əvvəllər məhkum olunmuş Aslan Qurbanov saxlanılıb. O, müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərə yardım adı altında sosial şəbəkələrdə paylaşılan bank kartlarındakı maddi vəsaitləri talamaqda şübhəli bilinir.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırma zamanı adıçəkilən şəxsin 20 nəfərin etibarından sui-istifadə edərək bank kartlarının məxfi məlumatlarını əldə etdiyi məlum olub. Bu üsulla Aslan Qurbanov 10 min manatdan artıq pul ələ keçirib.

Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Aslan Qurbanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

 

Seçilən
19
29
azertag.az

10Mənbələr