AZ

Qriqoryan və Qrono Vaşinqton razılaşmalarını müzakirə ediblər

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Görüş zamanı avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmalar müzakirə edilib, həmçinin Ermənistan-Avropa İttifaqı əməkdaşlığının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
65
1
missiya.az

2Mənbələr