AZ

Azərbaycanda yerli turistlər ən çox nələrə pul xərcləyir? Siyahı

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu ilin ilk yarısında 2 milyon 590,7 min nəfər Azərbaycan vətəndaşı turizm məqəsdi ilə ölkədaxili səfər edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, turizm məqəsdi ilə ölkə daxili səfər edən vətəndaşlar ümumilikdə 2 milyard 526,8 milyon manat pul xərcləyiblər.

Hər bir vətəndaş orta hesabla 975 manat pul xərcləyib.

Turizm məqəsdi ilə xərclənən pulların 647,2 milyon manatı və ya 25,6%-i malların və hədiyyələrin alınmasına sərf olunub. Bundan başqa, 616,6 milyon manat və ya ümumi xərclərin 24,4%-i qidalanmaya yönəldilib. Xərclərin 18,5%-i (468 milyon manat) yerləşməyə, 14,7%-i (373,2 milyon manat) nəqliyyat, 4,1%-i isə (104,3 milyon manat) idman və əyləncə xidmətlərinə sərf olunub.

Yerli turistlərin ən az vəsait xərclədiyi istiqamət isə mədəniyyətlə bağlı olub. Turizm məqəsdi ilə xərclənən pulların cəmi 1,4%-ni (35,4 milyon manat) mədəniyyətlə bağlı xərclər təşkil edib.Elnur Əli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
68
50
yeniavaz.com

10Mənbələr