Ötən il 58 909 ölüm faktı qeydə alınıb...
Poliqon xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin "Azərbaycanın demoqrafik göstəriciləri" məcmuəsində öz əksini tapıb.
Ölənlərdən 32 436-sı kişi, 26 473-ü isə qadın olub.
Eyni zamanda, statistikaya görə, ölümlərin böyük əksəriyyətinin səbəbi qan dövranı sisteminin xəstəlikləri olub. Belə ki, ötən il 33 289 nəfər qan dövranı sistemi xəstəliklərindən vəfat edib.
Poliqon.info