AZ

Azərbaycanda kompüterlərdə ChatGPTnin payı ardıcıl olaraq 4 cü aydır azalır

Bakivaxti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu ilin avqust ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 94,58 % təşkil edib.

Bakıvaxtı.az-ın "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, iyul ayına nisbətən 1,52 faiz bəndi azdır.

İkinci pillədəki "Microsoft Copilot"un bazar payı 2,83 % olub. Bu, əvvəlki ayın göstəricisindən 1,13 faiz bəndi çoxdur.

Növbəti yerdə qərarlaşan "Perplexity"nin bazar payı iyulda 0,55 faiz bəndi artaraq 1,23 % olub.

Dördüncü yerdəki "Google Gemini"nin bazar payı ay ərzində 0,02 faiz bəndi azalaraq 1,05 % təşkil edib.

İlk beşliyi 0,25 %-lik bazar payı ilə "Claude" qapayır. Onun payı iyul ayı ilə müqayisədə 0,20 faiz bəndi azalıb.

Müxtəlif platformaların bazar payına görə süni intellekt (AI) "chatbot"larının ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

"ChatGPT" – 93,99 % (iyula nisbətən 1,57 faiz bəndi az). Beləliklə onun bazar payı ardıcıl olaraq 4-cü aydır azalır (ümumi azalma 3 % təşkil edib);

"Microsoft Copilot" – 3,22 % (1,26 faiz bəndi çox);

"Perplexity" – 1,32 % (0,54 faiz bəndi çox);

"Google Gemini" – 1,1 % (0,14 faiz bəndi az);

"Claude" – 0,29 % (0,17 faiz bəndi az).

Mobil cihazlarda:

"ChatGPT" – 97,69 % (1,88 faiz bəndi az);

"Microsoft Copilot" – 0,77 % (-);

"Perplexity" – 0,77 % (-);

"Google Gemini" – 0,77 (-).

ChatGPT   chatbot   süni intellekt  

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
5
bakivaxti.az

6Mənbələr