AZ

Sürücünün diqqətsizliyi işıqforu yararsız vəziyyətə saldı

Bakı. Trend:

Sürücünün diqqətsizliyi səbəbindən nəqliyyat işıqforu yararsızvəziyyətə düşüb.

Trendxəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatıİntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Səbail rayonu,Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsindəyol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində 1 ədəd işıqfor obyekti yararsız hala düşüb.Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindənyararsız hala düşmüş işıqforun yenisi ilə əvəz edilməsi işlərigörülür.

Seçilən
131
az.trend.az

1Mənbələr