Sürücünün diqqətsizliyi səbəbindən nəqliyyat svetoforu yararsız vəziyyətə düşdü.
Bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 1 ədəd svetofor obyekti yararsız hala düşüb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yararsız hala düşmüş svetoforun yenisi ilə əvəz edilməsi işləri görülür.
Hurriyyet.az