AZ

Uşaqların yediyi bəzi qidalar bu xəstəliklərə səbəb olur SİYAHI

ain.az, Olke.az portalına istinadən məlumat yayır.

Məktəblərin açılmasına çox az vaxt qalıb. Valideynləri ən çox maraqlandıran suallardan biri də övladlarının qidalanması ilə bağlıdır.

Ölkə.Az xəbər verir ki, pediatr Aytən İsmayılzadə valideynlərə bu mövzuda bir neçə tövsiyə verib.

“Əgər uşaq dərsdən evə vaxtında qayıdırsa, səhər yeməyi yeyən uşağa  heç nə qoymağa ehtiyac yoxdur. Səhər yeməyi yemək də 100%  vacib deyil. Saat 11-dən sonra da qidalana bilərlər. Bəzi uşaalarda öd yollarında diskineziya yəni yollarda hərəkətin pozulması olanda onlarda səhərlər ürəkbulanma olur və səhər yeməyi yemək istəmirlər. Onlar məktəbə meyvə və ya ev şirniyyatı götürə bilər. İndi uşaqların əksəriyyəti yaşından asılı olmayaraq hazırlığa qalır. Valideyn deyir ki, uşaq səhər çıxır bir də axşam evə gəlir. Bunu aşağı sinifdəki uşaqları üçün heç uyğun görmürəm, amma təəssüf ki, “qonşudan qalma geri” prinsipi ilə uşaqlar çox yüklənir. Hələ bu müddəti “zir-zibil” yeməklə keçirən uşaqlar da var”.

Pediatr qidalanma ilə yanaşı, indiki həyat tərzinin də uşaqların sağlamlığına mənfi təsir göstərdiyini vurğulayıb: 

“Bilirsinizmi, gələcəyimizə nə qədər zərər vururuq?! Həm zehni, həm fiziki olaraq gərəksiz yüklənən uşaqların aqibəti necə olacaq? Aktivlik az, faydalı qida yerinə “zir-zibil” + hazırlıq+ telefon. Yaş da az. Hansı ki, bu yaşda sürətli böyümə gedir. Təmiz hava, fiziki aktivlik, sağlam qidalanma vacibdir. Əksinə zehni yorulma, saatlarla eyni vəziyyətdə qalmaq, toksiki məlumatlar, aqressiv, həyatdan küsmüş, məqsədsiz, xoşbəxtliyi rəqabətdə görən insanların böyüməsinə gətirəcək”.

A.İsmayılzadə məktəbdəki pis qidalanmanın nələrə səbəb ola biləcəyindən də söz açıb:

- qastrit

- mədə, 12 barmaq bağırsaq xora xəstəliyi

- qəbizlik

- xolestaz ( öd durğunluğu)

- qarında xroniki ağrılar

- mikrobiotanın pozulması

- allergik fonun güclənməsi

- dəridə səpkilər, qaşınma

- ağızdan pis qoxunun gəlməsi

- iştahsızlıq

- immunitetin zəifləməsi

- tez-tez xəstələnmə

- qaraciyər piylənməsi

- mədə reflyusu.

Billurə Yunus

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
olke.az

2Mənbələr