AZ

Ötən ay dövlət sərhədini pоzan 17 əcnəbi saxlanılıb

Ötən ay dövlət sərhədini pоzduqlarına görə 29 nəfər saxlanılıb.

Bu barədə BAKU.WS-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, onların 12-si Azərbaycan, 4-ü İran, 3-ü Banqladeş, 3-ü Pakistan, 2-si Gürcüstan, 1-i Filippin, 1-i Şri-Lanka, 1-i Özbəkistan, 1-i Tacikistan, 1-i Türkiyə vətəndaşı olub.

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 17 nəfər saxlanılıb.

Seçilən
21
5
far.az

7Mənbələr