
Sentyabrın 2-də Xankəndidə uzun müddət qondarma rejimin əsas simvolu və atributu kimi təqdim edilən qondarma rejimin “Xarici İşlər Nazirliyi”nin binasının söküntüsünə başlanılıb.
Yeniavaz.com AZƏRTAC-a istinadla xəbər verir ki, binanın söküntü işlərinə məhz bu gün başlanılması Azərbaycan üçün rəmzi məna daşıyır.
Belə ki, məhz sentyabrın 2-si tarixi Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejimin elan olunmasının ildönümü kimi qeyd edilirdi.
Bildirilib ki, sökülən binanın yerində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi üçün müasir memarlıq üslubunda yeni üçmərtəbəli inzibati bina inşa olunacaq.






