AZ

Ukraynada yeraltı məktəblər öz qapılarını növbəti dəfə uşaqların üzünə açıb

Rusiyanın genişmiqyaslı işğalından üç ildən çox vaxt keçdikdən sonra uşaqlarının normal dərslərə getməsini istəyən ukraynalı valideynlər, bazar ertəsi uşaqlarını yeraltı məktəbə göndərməklə dərs ilinə başladılar.

Missiya.Az "Reuters"ə istinadən xəbər verir ki, Rusiyanın tez-tez hücumlarının hədəfi olan Ukraynanın ikinci böyük şəhəri Xarkovda 17 minə yaxın uşaq yerin altında qurulan məktəblərdə təhsil alır. 

Qeyd edək ki, şəhərdə 7 belə məktəb fəaliyyət göstərir və yaxınlarda daha çoxunun açılışı nəzərdə tutulur.

İlahə QənbərliMissiya.Az

Seçilən
2
missiya.az

1Mənbələr