AZ

“Umico” müştəriyə saxta məhsul satıb

“Umico” (indiki adı ilə “Birmarket”) saxta məhsullar satır.

XəzərNews.az tribunainfo.az-a istinadla xəbər verir ki, bu barədə sözügedən marketdən sifariş verən müştəri Əli Şamilov sosial şəbəkədə yazıb. O bildirib ki, sifariş verdiyi məhsulun üst qabığını soyanda aldadıldığını başa düşüb:

“”Umico”dan Duracell batareya sifariş etmişəm, gətiriblər. Amma nəsə şübhəli gəldi mənə. Çünki batareyalar orjinal kimi deyildi və təsadüfən gördüm ki, batareyanın üstündə 2-ci üzlük var. Soydum və bu da nəticə. Vallah, ayıbdır. Haramçılıqla satış etməzlər. Bu nə sizin kimi şirkətə yaraşır, nə də bizim millətə. Hə, bununla nə oldu, büdcəniz 1 milyon manat artım etdi?!
Ayıb olsun sizə!!!”.

Qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq.





Xəbər 5 dəfə oxunub.
Seçilən
218
2
xezernews.az

3Mənbələr