AZ

Krasnodarda iş adamı Şahlar Novruzov həbs edilib

“Starı Baku” restoranının və “Tuapse” yükdaşıma terminalının sahibi Şahlar Novruzov Krasnodarda həbs edilib. O, saxta sənədlərdən istifadə edərək 919 milyon rubl dəyərində daşınmaz əmlakı mənimsəməyə cəhddə ittiham olunur. Bu barədə “Kommersant” məlumat yayıb.

Azərbaycan əsilli, “Kafe Starı Baku” MMC-nin və “Dar Frut” MMC-nin direktoru sentyabrın 26-dək istintaq təcridxanasında saxlanılacaq.

Təqsirləndirilən şəxsin müdafiəçisi Aleksey Abramov məhkəmədən həbs-qətimkan tədbirinin yumşaldılmasını istəyib. Vəkil şübhəlinin 60 yaşında olduğunu, daimi olaraq Krasnodarda yaşadığını, əvvəllər məhkum olunmadığını, “Vətəndaş şücaətinə görə” medalı ilə təltif edildiyini qeyd edib. Lakin FSB-nin Krasnodar diyarı üzrə idarəsinin müstəntiqi Novruzovun qaça biləcəyini iddia edib.

Hüquq-mühafizə orqanları Şahlar Novruzova qarşı irəli sürülən ittihamların mahiyyətini açıqlamır. Məhkəmə qərarına əsasən, iş daşınmaz əmlakı 919,4 milyon rubl dəyərində olan bir təşkilatın nizamnamə kapitalındakı payının 100%-ni ələ keçirmək cəhdindən gedir.

İstintaq hesab edir ki, cinayəti törədənlər, o cümlədən Novruzov Krasnodarın Prikubanski Rayon Məhkəməsinə guya Azərbaycanda bağlanmış saxta nikah şəhadətnaməsi təqdim ediblər. Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayəti törədən şəxslərin sərvətləri mənimsəməyə çalışdığı sənəd saxta olub.

Almaz Həsənli

Seçilən
18
1
oxumeni.az

2Mənbələr