AZ

“Liverpul” transfer rekordlarını alt-üst etdi

“Liverpul” yay transfer pəncərəsində İngiltərə Premyer Liqasının rekordçusuna çevrilib.

Publika.az xəbər verir ki, klub yeni futbolçular üçün ümumilikdə 483 milyon avro xərcləyib və bununla da “Çelsi”nin 2023-cü ildə müəyyənləşdirdiyi (464 milyon avro) rekordu yeniləyib.

Ən bahalı transfer hücumçu Aleksander İsakın keçidi olub. “Nyukasl”dan 144 milyon avroya alınan isveçli futbolçu ilə uzunmüddətli müqavilə imzalanıb. Bu, “Liverpul”un yay transfer dönəmində ikinci dəfə liqa rekordunu yeniləməsi deməkdir. İyunda leverkuzenli Florian Virts 125 milyon avroya transfer olunmuşdu.

Yayda komandaya həmçinin Yugo Ekitike (95 milyon avro), Miloş Kerkes (46,9 milyon avro), Ceremi Frimponq (40 milyon avro), Covanni Leoni (31 milyon avro) və Armin Peçi (1,78 milyon avro) qoşulub.

Seçilən
7
publika.az

1Mənbələr