AZ

Bu rayonda insanlar ehsan verilmədiyi üçün yasa getmədi, narazılıq yarandı VİDEO

ain.az bildirir, Olke.az portalına istinadən.

Xəbər verdiyimiz kimi, artıq bir müddətdir Azərbaycanın müxtəlif regionlarında ehsan verilməsi dayandırılıb.

Ölkə.Az xəbər verir ki, bir çox ərazilərdə kənd ağsaqqalları və s. toplaşaraq belə bir razılığa gəlib. Qeyd edilir ki, əgər bu qaydaya əməl etməyən olarsa, molla da həmin yas yerinə getməyəcək.

Bu dəyişiklik insanlar tərəfindən müsbət qarşılansa da, Samuxda əks-reaksiya doğurub.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Samuxda ehsan verilmədiyi üçün insanların yas yerinə getmədiyi bildirilib.

“Bildiyiniz kimi, Samux rayonunda çox yerdə ehsan verilməsi dayandırılıb. Ölüləri ehsana görə axtarmayaq, gəlib iştirak etmək lazımdır. 3 mərasimidir, amma ətrafımda dostlarımdır, mağarda başqa heç kim yoxdur. Ölüyə hörməti biz ehsana görə yox, ev yiyəsinə görə, ölənə görə qoymalıyıq. Şər işində bizlər iştirak etməliyik. Baxıram ki, həqiqətən də insanlar yas yerlərinə ehsana -  ətə görə gəlirmiş. Mağara ətə görə gəlmək lazım deyil. Biz də öləcəyik, bizi də ziyarət etsinlər. Samux rayonunda artıq ehsan yığışdırılıb”,- deyə yayılan videoda bildirilir. 

Billurə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
1
olke.az

2Mənbələr