“Liverpul” hücum xəttini yeni transferlə gücləndirir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi isveçli forvard Aleksander İsakı heyətinə qatmaq üçün “Nyukasl”la razılığa gəlib.
Transferin əsas məbləği 125 milyon funt sterlinq təşkil edəcək, ümumi qiymət isə müxtəlif ödənişlərlə birlikdə 130 milyon olacaq.
Bu keçid İngiltərə futbol tarixində ən bahalı transfer kimi qeydə alınacaq. Rekord daha əvvəl yenə “Liverpul”un Floriаn Virts üçün ödədiyi 116 milyon funt sterlinq idi.
İsak bu gün tibbi müayinədən keçəcək və daha sonra “Liverpul”la 6 illik müqavilə imzalayacaq.
25 yaşlı hücumçu ötən mövsüm Premyer Liqada 34 oyunda iştirak edib, 23 qol vurub və 6 məhsuldar ötürmə verib. O, bu mövsüm isə “Liverpul”a transfer tələblərinə görə hələ meydana çıxmayıb.