AZ

ABŞ-ın hərbi mövcudluğu artır, Maduro sərt xəbərdarlıq edir

ABŞ-ın

Venesuela prezidenti Nikolás Maduro dövlət televiziyasında sərt xəbərdarlıqla çıxış edərək bildirib ki, ABŞ-ın hərbi-dəniz qüvvələri, o cümlədən “1200 raket daşıyan səkkiz gəmi və atom sualtı qayığı” Venesuelaya yönəlib. Onun bu bəyanatı Karib hövzəsində gərginliyin artdığı, ABŞ-ın isə narkotik qaçaqmalçılığı ilə mübarizə bəhanəsi ilə bölgədə hərbi mövcudluğunu gücləndirdiyi bir vaxtda səslənib.Financial Times və Associated Pressin məlumatına görə, ABŞ həqiqətən də regionda böyük qüvvələr yerləşdirib: idarəolunan raketlərlə təchiz edilmiş üç esmines, USS Lake Erie raket kreyseri, desant gəmisi və atom sualtı qayığı daxil olmaqla yeddi gəmi. Lakin Maduronun səsləndirdiyi “səkkiz gəmi və 1200 raket” iddiası rəsmi mənbələr tərəfindən təsdiqlənmir və ehtimal ki, şişirdilib.Maduro ABŞ-ı hökumətini devirmək üçün işğala hazırlaşmaqda ittiham edib:“Onlar heç vaxt Venesuelaya daxil ola bilməyəcəklər”, – deyə o bəyan edib və ordunu, həmçinin xalq milislərini “imperialist hücumu” dəf etməyə hazır olmağa çağırıb.Ulusum.az

Diqqət Çəkənlər

Qızılı rəngli, yumşaq və qatı mürəbbəli piroq

Partlayış səsləri eşidiləcək - Nazirlik XƏBƏRDARLIQ etdi

Azərbaycan ŞƏT-in yeni tərəfdaş statusuna daxil olacaq

Seçilən
13
ulusum.az

1Mənbələr