AZ

Yük maşınında yanmışdı - 2 ay sonra öldü

2 ay əvvəl Saatlıda bədbəxt hadisə nəticəsində ağır yanıq xəsarətləri alan şəxs vəfat edib.

Avtosfer.az xəbər verir ki, Saatlı rayon Qaracalar kənd sakini 1952-ci il təvəllüdlü Teyyub Ağayev iyulun 2-də yük avtomobilindəki ot bağlamasının elektrik naqilinə toxunmasından sonra ağır yanıq xəsarətləri alıb.

O, avqustun 31-də müalicə aldığı Nərimanov Tibb Mərkəzində vəfat edib.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
34
3
avtosfer.az

4Mənbələr