AZ

Salyan rayonunun bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq » AzadMedia.az


Bu gün Salyan rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Bu gün diametri 315 mm-lik PE “Təzəkənd-Qarabağlı-Qırxçıraq” yeraltı orta təzyiqli daşıyıcı qaz kəmərində kipliyin sınağı məqsədi ilə əlaqədar Salyan rayonunun 19 kəndində qaz olmayacaq.

“02.09.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Salyan rayonunun 19 kəndində - Pamıqkənd, Bəşirbəyli, Çadırlı, Qarabağlı, Kərimbəyli, Cavadlı, Gomuşlu, Kolanı, Xalac, Abad, Seydan, Parçaxalac, Piratman, Yolüstü, Yeni Uluxanlı, Varlı 1, Varlı 2, Peyk, Düzənlik kəndlərində və Qaraçala, Qırxçıraq qəsəbələrində (ümumi 8405 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır”, - məlumatda qeyd olunur.
Seçilən
14
10
azadmedia.az

10Mənbələr